BY

Business Management School

Business Management School

055 712 44 55 / 055 610 77 01



Kredit Ekspertləri üçün Maliyyə Hesabatlarının Təhlili Təlimi

   From Saturday, Septemper 30th 2017, at 14:00 (local time)
   To Tuesday, October 10th 2017, at 17:00 (local time)


    Business Management School - Nizami street 203 B, Baku, Azerbaijan

   buy tickets now at bmschool.az

Kredit Ekspertləri üçün Maliyyə Hesabatlarının Təhlili Təlimi

"Business Management School"un uğurlu təcrübəsinə əsaslanaraq 3-cü dəfə Bank sahəsində " Kredit Analitikləri üçün Maliyyə Hesabatlarının Analizi" təlimini elan edir!

Təlim kimlər üçün nəzərdə tutulur
* Kredit mütəxəssiləri və menecerləri (Mikro, SME, Biznes kredit mütəxəssi üzrə işləyənlər və işləmək istəyənlər)
* Filial rəhbərləri və kredit üzrə struktur rəhbərləri
* İnvestitsiya menecerləri
* Biznesin təhlili üzrə mütəxəssilər

Təlimdən əldə ediləcək nəticələr
- Maliyyə cədvəlləri və onların növləri
- Maliyyə hesabatlarının hazırlanması
- Balans, Mənfəət və Zərər, Pul Axını hesabatları
- Maliyyə cədvəllərinin analizi metodları
- Horizontal, vertikal və trend analiz metodları
- Maliyyə əmsalları və dəyərləri
- Pul axınlarının hazırlanması və proqnozu

Təlimin qısa xülasəsi

Maliyyə Cədvəlləri və onların növləri
Bu bölümdə əsas maliyyə hesabatları olan Balans, Mənfəət və Zərər və Pul Axını hesabatları öyrəniləcəkdir. Hesabatların mahiyyəti öyrəniləcək və hər bir hesabatın maddələri eləcədə alt maddələri ətraflı izah ediləcəkdir. Hər bir hesabatın hazırlanması istiqamətində örnəklər veriləcəkdir.

Maliyyə Cədvəllərinin Analizi metodları
Bu bölümdə əsas maliyyə hesabatları olan Balans və eləcədə Mənfəət və Zərər hesabatları üzrəində müxtəlif metodlarla təhlillərin aparılması öyrədiləcəkdir. İlk öncə Horizontal (üfüqi), Vertikal (şaquli) və Trend (meylllilik) analiz metodlarının mahiyyəti başa salınacaqdır. Hər bir metodun tətbiqi üzrə mərhələlər addım-addım izah ediləcəkdir. Bu metodların tətbiqi nəticəsində əldə ediləcək nəticələr izah ediləcəkdir. Daha sonra əsas analiz metodu olan Rasyo (nisbət, əmsal) Analizinin mahiyyəti başa salınacaq və bu metodun tətbiqi üzrə metodoligiya ətraflı izah ediləcəkdir.Rasyo analizinin təməlləri sayılan Likvidlik, Maliyyə, Əməliyyat və Mənfəətlilik əmsalları və onların alt əmsalları öyrəniləcəkdir. Metodun tətbiqi nəticəsində əldə ediləcək nəticələr və onların faydaları ətraflı izah ediləcəkdir.

Pul Axını Hesabatları və onların hazırlanması
Bu bölümdə əsas maliyyə hesabatlarından biri olan Pul Axını hesabatının Birbaşa (direct) və dolayı (indirect) metodlar ilə hazırlanması öyrədiləcəkdir. Hər bir metodun tətbiqi üzrə örnəklər veriləcəkdir. Daha sonra uzunmüddətli layihələr üzrə proqnoz Pul Axını hesabatının hazırlanması üzrə real nümunələr veriləcəkdir.

Təlimin mündəricatı
Maliyyə cədvəlləri
Maliyyə cədvəllərinin növləri
Balans hesabatı
Mənfəət və Zərər hesabatı
Pul Axını hesabatı
Maliyyə analizi
Maliyyə analizinin növləri
Horizontal (Üfüqi) analiz
Vertikal (Şaquli) analiz
Trend (Meyllilik) analizi
Rasyo (Nisbət, əmsal) analizi
Likvidlik əmsalları
Əməliyyat əmsalları
Maliyyə əmsalları
Rentabellik əmsalları
Pul axını hesabatının hazırlanması
Birbaşa (Direct) metod
Dolayı (Indirect) metod
Nağd pul axını analizi
Pul axınlarının proqnozu


✔ Təlimin qiyməti: 200 AZN

-
- “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
- Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə
tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
- Tələbələr üçün endirim 5 % nəzərdə tutulub.

✔ Təlim ödənişini nağd və şirkətimizin bank hesabına köçürmə yolu ilə həyata keçirə bilərsiniz

✔ Ödənişə daxildir:

-Təlim materialları
-İştirak barədə sertifikat
-Çay – kofe fasiləsi

✔ Təlimin keçiriləcəyi gün və saatlar:

17 Yanvar - 19:00-21:15
19 Yanvar - 19:00-21:15
21 Yanvar - 14:00-18:00
24 Yanvar - 19:00-21:15
26 Yanvar - 19:00-21:15

Təlim müddəti ümumi 12 saatdır.

✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.
Təlimin sonunda iştirakçılar imtahan ediləcəkdir. Yekun imtahan balı yüksək olanlar "müvəffəqiyyət" sertifikatı ilə təltif olunacaqdır.

✔ Təlimçi : ( Təlimçi haqqında məlumatı,aşağıda qeyd olunan adın üzərinə sıxaraq növbəti açılan pəncərədə əldə edə bilərsiz.)

Dr. Aydın Hüseynov
bmschool.az/telimci/16" rel="nofollow" target="_blank">bmschool.az/telimci/16

� Qeydiyyatdan keçmək üçün təliminin adını və CV-nizi qeydiyyat@bmschool.az elektron ünvanına göndərərək təlimdə iştirak etmək istəyinizi bildirə bilərsiniz.

� İştirakçı sayı məhduddur. Təlim 12 nəfər üçün nəzərdə tutulub. Qeydiyyat üçün son tarix təyin edilməyib! 12 nəfərin müraciəti rəsmiləşdirildikdən sonra qeydiyyat dayandırılacaq.
Bundan əvvəl keçirilmiş Maliyyə Cədvəllərinin Analizi adlı seminarımızdan foto və video görüntülərə aşağıdakı linklərdən keçid alıb baxa bilərsiniz.


Bundan öncəki təlim və seminardan çəkilmiş video çarxlara aşağıdakı linklərdən baxa bilərsiniz.

www.youtube.com/watch?v=ldJh98bO9c4
www.youtube.com/watch?v=LYQJK6KfkJA
www.youtube.com/watch?v=QXdvCG5RQA0
www.youtube.com/watch?v=WYSU8uMO9Uo
youtu.be/u0nFf1OLOrw
Foto: www.facebook.com/BusinessManagementSchool1/posts/1810500299195265

� Qeydiyyatdan keçmək istəyənlər CV-lərini əlavə edib və mövzu yerinə təlimin adını qeyd edərək qeydiyyat@bmschool.az e-mailinə göndərər bilərlər.


Web: bmschool.az/
E-mail: qeydiyyat@bmschool.az

Tel: 055 610 77 01
055 712 44 55

Ünvan: AF Business House (28 May)

Leave a comment on this event


"All your favourites events, in a few clicks"