BY

Business Management School

Business Management School

055 712 44 55 / 055 610 77 01



İnsan Resurslarının İdarə Edilməsi Təlimi

   From Saturday, Septemper 16th 2017, at 14:00 (local time)
   To Saturday, Septemper 16th 2017, at 22:00 (local time)


    Business Management School - Nizami street 203 B, Baku, Azerbaijan

   buy tickets now at bmschool.az

İnsan Resurslarının İdarə Edilməsi Təlimi

“Business Management School” MMC olaraq 3 dəfə təşkil edərək uğurla keçirtdiyimiz "İnsan Resurslarının İdarə Edilməsi" təliminə 16 Sentyabr 2017-ci il tarixindən etibarən 4-cü dəfə start veriləcək.

Bu təlimin ən önəmli xüsusiyyəti, İnsan resursları idarəçiliyi üzrə 4 peşəkarın təqdimatında keçirilməsi və İnsan Resurslarının idarə edilməsinə dair bütün funksiyaları əhatə edən 9 modul, 46 saatdan ibarət olmasıdır.

📌 Təlim kimlər üçün nəzərdə tutulub?
İnsan resurslarının idarə edilməsi sahəsində işləyən rəhbər və mütəxəssislər, eyni zamanda bu sahədə praktiki vərdişlərə yiyələnmək istəyən digər şəxslər.

📌 Təlimin məqsədi:
Təlimin missiyası şirkətlərdə optimal və effektiv insan resurslarının idarə edilməsi sisteminin qurulması və inkişaf etdirilməsi üçün təlim iştirakçılarına praktiki bilik və vərdişlərin aşılanması, bu sahədə qanunvericiliyin tələblərinin şərhi, həmçinin təcrübədə istifadə metodologiyalarının öyrədilməsidir.

📌 Tədris dili: Azərbaycan dili

📌 Tədris proqramı:

📝 Modul 1– Müşfiq Əmircanov
Şirkətin təşkilatlanması, İnsan resurslarının idarə edilməsi (İRİE)sisteminin qurulması (8 saat)

1.1. Şirkətin (biznesin) fəaliyyət istiqamətinə, strateji məqsədlərinə və planlarına uyğun olaraq təşkilatlanması

1.2. İnsan Resursları funksiyasının formalaşdırılması və onun ümumi idarəetmədə rolu. İnsan resurslarının dəyişən rolu və bu sahədə beynəlxalq yanaşmalar

1.3. İnsan Resursları funksiyasının məqsəd və hədəfləri, Strateji İnsan resursları idarə etməsi. İR strategiyaların hazırlanması və onun buznes strategiya ilə əlaqələndirilməsi

1.4. İR funksiyasının şirkətdaxili bölmələrlə fəaliyyətinin koordinasiyası

1.5. İR siyasətinin, prosedurlarının formalaşdırılması və inkişaf etdirilməsi

1.6. İR funksiyası daxilində müxtəlif alt funksiyaların (işə qəbul, planlama, təlim və inkişaf, fəaliyyətin idarə olunması, kompensasiya sisteminin idarə olunması, karyera inkişafı və s.) fəaliyyəti və onların koordinasiyası

1.7. Struktur bölmələrin, o cümlədən İR funksiyasının Əsasnamələrinin hazırlanması

1.9. İR prosedurların, təlimatların, daxili qaydaların hazırlanması, vəzifə təlimatlarının hazırlanması

1.10. İR-da informasiyanın istifadə olunması, hesabatlılıq sisteminin formalaşdırılması

📝 Modul 2 – Coşqun İmanquliyev
İnsan resurslarının planlaşdırılması (4 saat)

2.1. İnsan Resurslarının planlaşdırmasının əhəmiyyəti

2.2. İRP-nın Biznes Planındakı yeri

2.3. Sərt və yumşaq (Hard & Soft) planlaşdırma

2.4. Ssenari Planlaşdırılması və PEST yanaşma

2.5. Tələb təklif proqnozu

2.6. İşçi dövriyyəsi indeksi və İRP təsiri

2.7. Nisbət trend analizləri

2.8. Stabillik indeksi

2.9. Davamiyyət indeksi

2.10. Davamiyyətin idarə olunması

2.11. İxtisarların idarəolunması

2.12. İnsan Resurları Planlaşdırılmasından Strateji Planlaşdırılmaya keçid

📝 Modul 3 – Şamo Mürşüdov
İşə Qəbul və seçim mərhələləri (8 saat)

3.1. Təşkilat bir sistem kimi

3.1.1. Şirkət daxili insan amilinin təhlili "uğurlu əməkdaşın profili"

3.1.2. Korporativ mədəniyyət peşəkarların cəlb edilməsi üçün bir amildir. Şirkət daxili korporativ mədəniyyətin təhlili

3.1.3. Namizədlərin axtarışı və seçimi təşkilatda bir biznes prosesidir

3.1.4. Təşkilatda namizəd seçiminin strateji planlaşdırılması

3.2. İşə qəbul prosesi

3.2.1. Əsas anlayışlar; reseçinq, rekrutinq, birbaşa axtarış, xedxantinq (head hunting) - üstünlükləri və mənfi tərəfləri

3.2.2. İşçi axtarışı üçün seçim üsullarının düzgün seçimi

3.2.3. Voronka sistemi

3.2.4. İşə qəbulun proqnozlaşdırılması

3.2.5. Axtarış kanallarının formalaşdırılması, axtarış prosesinin təşkili

3.2.6. Müsahibəyə qədər seçim

3.2.7. Keyfiyyətli müsahibənin keçirilməsi

3.2.8. Müsahibədən sonra namizədin qiymətləndirilməsi

3.2.9. Şirkətin imici üçün insan resursları üzrə mütəxəssisin görəcəyi addımlar

3.2.10. Rekrutinq prosesinin avtomatlaşdırılması texnologiyası

3.3. Axtarış, görüləcək ilkin addımlar

3.3.1. Yaranmış vakansiyaların təhlili

3.3.2. Vakansiya üzrə insan resurslarına sifariş verən birbaşa rəhbərin və şirkətin tələbləri

3.3.3. Vakansiya üzrə düzgün profilin hazırlanması, beynəlxalq təcrübədə istifadə edilən profillərin

hazırlanması qaydaları (soft skills, hard skills)

3.3.4. Namizədin axtarışı üçün şirkət daxili və xarici tələblərin analizi

3.3.5. Aktual vakansiya üçün namizədlərin operativ axtarışının həyata keçirilməsi yolları (long list)

3.3.6. İş elanlarının hazırlanması

3.3.7. Vakansiyanın yerləşdiriləcəyi və namizədlərin seçimi üçün kanalların düzgün seçimi

3.3.8. Eyni vaxtda yaranmış çoxlu sayda vakansiyalara namizəd axtarışı üçün nə etməli və hansı

səhvlərə yol verilməməli

3.3.9. Şirkətini iş bazarında bir brend olaraq necə formalaşdırmalı və bunu uzun müddətli necə qoruyub saxlamalı

3.3.10. Aşağı əmək haqqı və ya əmək haqqı təklif olunmayan (faizlə) vakansiyalar üçün namizəd

axtarışını harada aparmaq və namizədləri necə cəlb etmək

3.3.11. Aşağı əmək haqqı ilə daha yüksək tələblərlə namizəd axtarışı zamanı nə etməli və namizədləri haradan necə tapmalı mexanizimləri

3.4. Müsahibəyə hazırlıq

3.4.1. Daxil olan anket bazasında profilə uyğun namizədlərin ilkin seçimi

3.4.2. Anketlər arasında namizədlərin düzgün seçimi üçün əsas qayda

3.4.3. Çoxlu sayda daxil olan anketlərin operativ və keyfiyyətlə seçimi üçün mexanizim

3.4.4. Aktual vakansiya üçün uyğun gəlməyən namizədlərin anketləri ilə nə etməli?

3.4.5. Namizəd bazasının düzgün yaradılması və gələcəkdə necə istifadə edilməli

3.4.6. Müsahibəyə hazırlıq və müsahibədə iştirak edəcək digər məsul şəxslərin hazırlığının təşkili

3.4.7. Müsahibənin həyata keçirilməsi zamanı təşkilatı işlər (buraxılan səhvlər)

3.5. Müsahibə növləri

3.5.1. Yerli bazarda istifadə edilən müsahibə növlərinin praktiki olaraq təhlili ( müsbət və mənfi tərəfləri)

3.5.2. Beynəlxalq təcrübədə istifadə edilən qeyri standart seçim metodları (müsbət və mənfi tərəfləri)

3.5.3. Vakansiyaların tələblərindən asılı olaraq testlərin hazırlanması (müsbət və mənfi tərəfləri)

3.5.4. Namizədin bilik səviyyəsinin yoxlanılması üçün digər mexanizimlərin tətbiqi

3.5.5. Müsahibənin strukturu

3.5.6. Böyük həcimli layihələrə işçilərin işə qəbulu ( il ərzində 1500-2000 yeni əməkdaş) üçün müasir sistemlərin tətbiqi və idarə edilməsi

3.5.7. Müsahibə zamanı və sonra namizədi motivasiya etmə texnologiyaları

3.5.8. Müsahibə zamanı vakansiyanın satışını həyata keçirmə texnologiyaları

3.6. Namizədlərin düzgün seçimi

3.6.1. Yalanların təyin edilməsi üçün beynəlxalq təcrübədə istifadə edilən keyfiyyətli metodlar

3.6.2. Şirkətin və müsahibə aparan şəxslərin peşəkarlığını göstərəcək addımların atılması

3.6.3. Müsahibə zamanı veriləcək sualların düzgün quruluşu

3.6.4. Veriləcək suallardan asılı olaraq, namizədin qiymətləndirilməsi (buraxılan səhvlərin təhlili)

3.6.5. Müsahibənin düzgün idarəedilməsi

3.6.6. Müsahibə zamanı edilən səhvlər və təhlili

3.6.8. Profildən asılı olaraq tələb olunan kompetensiyaların təyin edilməsi üçün mexanizimlər

3.6.9. Tövsiyə-xassiyətnamə

3.7.Müsahibədən sonra

3.7.1. Müsahibənin nəticəsi ilə bağlı qəbul olunan qərarların düzgün təhlili (buraxılan səhvlər)

3.7.2. Qiymətləndirmə blankları

3.7.3. Müsahibə nəticələrinin elektron sistemlə idarə edilməsi

3.7.4. Müsahibə nəticəsində uyğun gəlməyən namizədlər gələcəkdə necə faydalı ola bilər

📝 Modul 4 – Şamo Mürşüdov
Adaptasiya sistemi (2 saat)

4.1. Sistemin məqsədi

4.2. Əhatə dairəsi

4.3. Adaptasiya sisteminin formaları

4.4. Adaptasiya sisteminin mərhələləri

4.5. Əməkdaşların kateqoriyaları və onların adaptasiya mərhələsi

4.6. Əməkdaşların gözləntiləri

4.7. Adaptasiya sisteminin qiymətləndirilməsi

📝 Modul 5 - Coşqun İmanquliyev
Xidməti Fəliyyətin İdarəolunması (6 saat)

5.1. XFİ nədir və XFİ sisteminin qurulmasının məqsədləri nədən ibarətdir?

5.2. XFİ tətbiq olunduğu sahələr, digər funksionallıqlarla əlaqəsi

5.3. XFİ sisteminin işləyişi

5.4. XF qiymətləndirilməsi metodları

5.5. SMART Hədəflər

5.6. Kompetensiyaların idarəolunması

5.7. XFİ sisteində çətinliklərin idarə olunması

5.8. Məcburi Paylaşma Metodu

5.9. Geribildirim sistemi

5.10. XF qiymətləndirilməsi nəticələrinin statistik analizi

5.11. XFİ avtomatlaşdırılması


📝 Modul 6 - Coşqun İmanquliyev
Karyeranın idarəolunması (4 saat)

6.1. Karyeranın idarə olunmasının əhəmiyyəti

6.2. Karyeranın idarəolunmasının digər İR funksionallıqları ilə əlaqəsi

6.3. Fərdi İnkişaf planlarının hazırlanması

6.4. İstedadların idarəolunması

6.5. Performans &Potensialmetodu

6.6. Davamçıların yetişdirilməsi planının idarəolunması

6.7. Strateji vəzifələrin müəyyənləşdirilməsi

6.8. Karyeranın idarəolunmasının avtomatlaşdırılması

📝 Modul 7 – Coşqun İmanquliyev
Təlim və inkişaf (4 saat)

7.1. “Təlim” və “inkişaf” anlayışları

7.2. Təlim və inkişafın işçilərin və şirkətin inkişafında rolu;

7.3. Təlim ehtiyaclarının analiz edilməsi;

7.4. Analiz növləri: Təşkilati analiz, əməliyyat analizi, fərdi analiz;

7.5. Analiz metodları;

7.6. Təlim metodları;

7.7. Təlim metodlarının, şirkətlərinin və təlimçilərin seçilməsi;

7.8. Təlim planlarının hazırlanması, həyata keçirilməsi və monitorinqi;

7.9. Təlim effektivliyinin ölçülməsi;

7.10. Kirk Patrick və ROİ analizləri;

7.11. Təlim və inkişafın İnsan Resurslarının digər funksiyaları ilə əlaqəsi;

7.12. Praktiki tapşırıqlar və qrup işləri;

📝 Modul 8 - İlkin Zeynallı
Məvacib strukturu və məvaciblər üzrə dərəcələndirmə sisteminin qurulması (6 saat)

8.1.Bazarda şirkətin fəaliyyətinə uygun olan vəzifələr üzrə əmək haqqı həddlərinin (min, max və median) müəyyənləşdirilməsi (sorğu hesabatları, elan edilmiş göstəricilər və s. vasitəsi ilə);

8.2.Daxildə obyektiv, xaricdə isə rəqabətə tab gətirən məvacib siyasətinin (siyasətdə qiymətləndirmə dərəcəsi və maaş artımı arasında qarşılıqlı əlaqə, maaş artımını müəyyən edən digər amillər (məsələn, vəzifələr üzrə), maaşlara baxılmanın tezliyi, vəzifə üzrə yüksəlmənin şərt və müddəaları müəyyən edilməklə) formalaşdırılması metodologiyasının hazırlanması;

8.3.Təsdiq olunmuş məvacib strukturuna işçilərin yerləşdirilməsi üçün qiymətləndirilmə meyarlarının müəyyənləşdirilməsi (Staff Assessment);

8.4.Qiymətləndirmə nəticələrinə əsasən bütün heyətin məvacib strukturuna yerləşdirilməsi

8.5.Ranking” metodu

8.6.“HAY” metodu;

8.7.Praktik məşğələlər.

📝 Modul 9 - İlkin Zeynallı
Mükafat və motivasiya tədbirləri sisteminin qurulması (2 saat)

9.1. MARS modeli (Motivation, Ability, Role Perception, Situational Factors);

9.2. X və Y nəzəriyyələri;

9.3. Daxili və kəna rmotivatorlar;

9.4. Motivasiyanın növləri;

9.5. Maslownun ehtiyacların iyerarxiyası nəzəriyəsi;

9.6. Herzbergin 2 faktor – 2 nəticə nəzəriyyəsi;

9.7. Gözləntilər nəzəriyyəsi;

9.8. Müqayisəlilik/ Nisbilik nəzəriyyəsi;

9.9. Praktik məşğələlər.

📌 Təlimçilər:

- Müşfiq Əmircanov. Haqqında: goo.gl/HDFSg9

- Coşqun İmanquliyev. Haqqında: goo.gl/quucSK

- Şamo Mürşüdov. Haqqında: goo.gl/xKRDg6

- İlkin Zeynallı. Haqqında: goo.gl/KMxAEi

📌 Təlimin ödənişi: 485 manat.

- Təlimin ödəniş haqqını hissələrdən ibarət olmaqla (təlim başlamadan öncə 50%, qalan məbləği isə təlim başa çatana kimi iki hissədən ibarət olmaqla) etmək mümkündür.
- Təlim ödənişi üçün 3 kateqoriyada endirim nəzərdə tutulmuşdur:

“Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Tələbələr üçün endirim 5 % nəzərdə tutulub!

Ödənişə daxildir:
- Təlim materialları
- İştirak barədə sertifikat
- Çay – kofe fasiləsi

📌 Sertifikat: Təlimin ümumi müddətinin 85 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Təlim müddətində keçirilən imtahanlarda yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

📌 "İnsan Resurslarının İdarə Edilməsi Təlimi"nin üstünlükləri nələrdir?

✍ İnsan resurslarının idarəçiliyi üzrə Azərbaycanın müxtəlif sahələrdəki aparıcı şirkətlərində çalışan və uzun illər bu sahədə təcrübəsi olan 4 peşəkarın təqdimatında tədris edilir.

✍ Hər bir peşəkar daha çox ixtisaslaşdıqları modullar üzrə tədris aparırlar.

✍ Təlim "İnsan Resurslarının İdarə Edilməsi" sahəsinin bütün funksiyalarını əhatə edən 9 moduldan ibarətdir.

✍ 46 saat həcmində olan proqramın intensiv qurulması sayəsində siz təlimi sadəcə 6 həftədə bitirirsiniz.

✍ Təlimçilərimiz mövzuları ancaq nəzəri olaraq öyrətmirlər. Hər bir mövzunu praktiki qrup çalışmaları ilə işinizdə necə tətbiq edəcəyinizi də öyrənəcəksiniz.

✍ Mövzular keçildikcə tətbiq edilən imtahanlarla öyrəndikləriniz daha da möhkəmlənəcək. İmtahanlardan yüksək nəticələr əldə etdiyinizdə "Müvəffəqiyyət Sertifikatı" qazanacaqsınız.

✍ Təlim proqramını tam bitirdikdən sonra çalışdığınız müəssisədə İnsan resurslarının idarə edilməsi sistemini quracaq, strateji planlama edə biləcək, işə qəbul və seçim prosesslərində beynəlxalq metodları tətbiq edəcək, adaptasiya proqramını təkmilləşdirəcək, əməkdaşlarınızın xidməti fəaliyyətlərinin qiymətləndirilməsini idarə edəcək, bunun nəticəsində onlar üçün effektli karyera planlaması, təlim və inkişaf planları quracaq, ədalətli və obyektiv, eyni zamanda əmək bazarında rəqabətcil məvacib və motivasiya sistemi qura biləcəksiniz.

✍ Təlim iştirakçılarımız üçün sosyal şəbəkələrdə qurduğumuz qruplarda hər zaman bu sahədə yaranan suallarınızı müzakirə edib cavab tapma, öyrənməyə davam etmə imkanınız olacaq. Bu təlim həm də sizə səmimi bir dostluq mühütü qazandıracaq.

✍ "Business Management School" tərəfindən təlim proqramının maksimum effektli olması üçün hər şəraitin yaradılacağının və xüsusi səy göstəriləcəyinin şahidi olacaqsınız.

✍ İnsan Resursları sahəsində indiyə kimi keçirtdiyimiz təlimlərdən məzun olan 200-dən çox bu sahənin mütəxəssisləri ilə dostluqlar quraraq əlaqələrinizi genişləndirmə imkanı əldə edəcəksiniz.

📌 Təlimdə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələri ilə daha ətraflı məlumat əldə edərək qeydiyyatdan keçə bilərlər;
Web: bmschool.az/
E-mail: qeydiyyat@bmschool.az
Tel: 055 300 35 92 / 91

Leave a comment on this event


"All your favourites events, in a few clicks"